General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - YENİLƏNİB

Bəkir Orucov

© APA | Bəkir Orucov

# 02 sentyabr 2022 19:08 (UTC +04:00)

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun nədə təqsirli bilindiyi məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, Bəkir Orucov "Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Generalın həbsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

***

16.32

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR