Goranboy sakini dəm qazından zəhərlənib

Goranboy sakini dəm qazından zəhərlənib
# 03 dekabr 2022 20:40 (UTC +04:00)

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

Kənd sakini, 1974-ci il təvəllüdlü Gülarə İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR