Goranboyda 2 avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Goranboyda 2 avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
# 06 iyun 2023 01:10 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Elgün Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Əhmədov, həmyaşıdı Zərqəm Məmmədov və daha bir nəfər xəsarər alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR