Goranboyda 2 nəfəri maşın vurub

Goranboyda 2 nəfəri maşın vurub
# 02 yanvar 2023 20:12 (UTC +04:00)

Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Tural Musayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Elgün Məhərrəmov və 2006-cı il təvəllüdlü Ramil Rzayevi vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR