Goranboyda 22 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboyda 22 yaşlı qadın dəm qazından zəhərlənib
# 16 mart 2023 20:48 (UTC +04:00)

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində baş verib.

2001-ci il təvəllüdlü Ceyhunə Nəsirova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

22 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, C.Nəsirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR