Goranboyda 25 yaşlı oğlanı cərəyan vurub - VİDEO

Goranboyda 25 yaşlı oğlanı cərəyan vurub - VİDEO
# 28 iyul 2022 09:24 (UTC +04:00)

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sərxan Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. 25 yaşlı gənc xəstəxanaya aparılıb, orada onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR