Goranboyda 40 yaşlı kişini maşın vuraraq öldürüb

Goranboyda 40 yaşlı kişini maşın vuraraq öldürüb
# 05 iyun 2023 07:59 (UTC +04:00)

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goran-Qızılhaclı yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Bəylərov Naili vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR