Goranboyda 57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Goranboyda 57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb
# 14 sentyabr 2019 23:15 (UTC +04:00)

Goranboyda bədbəxt hadisə baş verib.

Apa-nın yerli bürosnun məlumata görə, rayonun Bəşirli kəndində qadın ağacdan yıxılaraq ağır xəsarət alıb.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Dilarə İsrafilova bağında ağacdan meyvə yığan zaman hündürlükdən yerə yıxılıb. Müxtəlif dərəcəli xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR