Goranboyda avtomobil mal-qaraya çırpılıb, xəsarət alanlar var - FOTO

Goranboyda avtomobil mal-qaraya çırpılıb, xəsarət alanlar var - FOTO
  • Clock-gray 19:29
  • calendar-gray 22 Oktyabr 2019

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolun hərəkət hissəsində mal-qaranı vurub. Nəticədə avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsiboğlu və maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Hüseynova Gündüz Vüqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date