Goranboyda avtomobilin vurduğu piyada xəsarət alıb

Goranboyda avtomobilin vurduğu piyada xəsarət alıb
# 23 sentyabr 2019 22:45 (UTC +04:00)

Goranboyda piyadanı avtomaşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Xanqərvənd kəndində baş verib.

Belə ki, minik maşını 1987-ci il təvəllüdlü piyada Aslanov Elzamin Zülfiqar oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərildikdən sonra durumu stabilləşib və vəziyyəti hazırda qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR