Goranboyda baş verən qəzadə yaralananların adı məlum olub - YENİLƏNİB

Goranboyda baş verən qəzadə yaralananların adı məlum olub - YENİLƏNİB
# 05 sentyabr 2022 00:46 (UTC +04:00)

Goranboyda baş verən qəzada yaralanan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, yaralanan şəxslər Yevlax sakinləridir. Onların adı aşağıdakı kimidir:

Elyasova Gülnarə (1967);

Elyasova Vüsalə (1979);

Mustafayeva Səyalı (1950).

***

Saat 23:40

05.09.2022

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürsonun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb.

Xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR