Goranboyda "BMW-X5" aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1

Goranboyda "BMW-X5" aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1
# 18 sentyabr 2019 19:37 (UTC +04:00)

Goranboyda baş verən yol qəzasında ölən və yaralananın şəxsiyyəti dəqiqləşib.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alan şəxs 1990-cı il təvəllüdlü Abdullayev Tural Zabil oğludur. Ölən isə Günel adlı şəxsdir.

***

18:50

Goranboyda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

Saat 18:27

Goranboyda yol qəzası olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboy-Qızılhacılı yolunun rayonun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW-X5" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR