Goranboyda ər və arvad dəm qazından zəhərlənib

Goranboyda ər və arvad dəm qazından zəhərlənib
# 30 dekabr 2021 00:20 (UTC +04:00)

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. 1979-cu il təvəllüldü R.İmanov və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü G.Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə onlar vanna otağında dəm qazından zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR