Goranboyda evdə qaz sızmasından partlayış olub, xəsarət alan var - VİDEO

Goranboyda evdə qaz sızmasından partlayış olub, xəsarət alan var - VİDEO
# 18 yanvar 2022 11:34 (UTC +04:00)

Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-ci il təvəllüdlü P.Namazova bədənin 2 dərəcəli yanğı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR