Goranboyda iki avtomobil toqquşub

Goranboyda iki avtomobil toqquşub
  • Clock-gray 19:16
  • calendar-gray 11 Sentyabr 2019

Goranboy rayonunda iki avtomobil toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "BMW" markalı minik avtomobili "VAZ-2106" markalı maşınla toqquşub. Arxadan "VAZ-2106"ya çırpılan "BMW" toqquşmanın təsirindən idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobildəkilərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date