Goranboyda iki azyaşlı bacı dəm qazından zəhərlənib

Goranboyda iki azyaşlı bacı dəm qazından zəhərlənib
# 05 dekabr 2021 20:18 (UTC +04:00)

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazanbulaq kəndində qeydə alınıb.

Kənd sakinləri 2010-cu təvəllüdlü Xudaquliyeva Ayşə Füzuli qızı və bacısı 2012-ci il təvəllüdlü Şamama yaşadıqları evin vanna otağında dəm qazının sızması nəticəsində zəhərləniblər. Xəstəxanaya yerləşdirilən bacıların vəziyyəti normaldır.

Qeyd edək ki, bu gün rayonda baş verən digər dəm qazı zəhərlənməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR