Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO
# 03 avqust 2022 11:30 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR