Goranboyda iki minik avtomobili toqquşub, ölən və xəsarət alan var

Goranboyda iki minik avtomobili toqquşub, ölən və xəsarət alan var
# 02 oktyabr 2022 09:58 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR