Goranboyda iki "VAZ 2107" toqquşub - FOTO

Goranboyda iki "VAZ 2107" toqquşub - FOTO
# 13 oktyabr 2019 23:47 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tofiq İsmayılov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və onun avtomobili Hikmət Qurbanovun idarə etdiyi "VAZ 2107" markalı minik maşınına çırpılıb. Qəza zamanı hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR