Goranboyda kişi həyat yoldaşını qətlə yetirib - YENİLƏNİB-1 - VİDEO

Goranboyda kişi həyat yoldaşını qətlə yetirib  - YENİLƏNİB-1  - VİDEO
# 30 oktyabr 2022 21:35 (UTC +04:00)

Polis Goranboyda qadının qətlə yetirilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, Goranboy rayon Polis Şöbəsinə bir qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub. Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

21.26

Goranboyda qətlə yetirilən qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Bəbir Həsənli həyat yoldaşı - 1993-cü il təvəllüdlü Zəhra Babayevanı bıçaqlayaraq qətlə yetirib.

***

21.19

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə kişi həyat yoldaşını bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR