Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 23 mart 2023 11:25 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı mağazadan 210 manat nağd pul və 2000 manat məbləğində tütün, alkoqol və digər məmulatların oğurlanması məlum olub. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakini İbrahim Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR