Goranboyda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Goranboyda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb
# 09 yanvar 2022 20:45 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonum Qaramusalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR