Goranboyda qanunsuz ov tüfəngləri götürülüb

Goranboyda qanunsuz ov tüfəngləri götürülüb
# 04 fevral 2023 10:56 (UTC +04:00)

Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 10-a yaxın sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sakinləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR