Goranboyda qazın verilişi bərpa edilib - YENİLƏNİB

Goranboyda qazın verilişi bərpa edilib - YENİLƏNİB
# 18 yanvar 2023 19:30 (UTC +04:00)

Goranboy rayonunun Boluslu kəndinə mavi yanacağın verilişi bərpa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, qəzanın fəsadları aradan qaldırılıb.

***

18:49

Goranboyda traktor qaz xəttini zədələyib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun İrəvanlı kəndi yaxınlığında işləyən ekskavator qaz xəttini zədələyib. Nəticədə Boluslu kəndinin 1500-ə yaxın abonenti qazsız qalıb.

Hazırda əraziyə “Azəriqaz”ın əməkdaşları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR