Goranboyda qəza olub, xəsarət alanlar var - FOTO

Goranboyda qəza olub, xəsarət alanlar var  - FOTO
# 17 may 2022 20:20 (UTC +04:00)

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü – 1996-cı il təvəllüdlü Hüseynli Toğrul və sərnişin 1990-cı il təvəllüdlü Musayev Nail xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR