Goranboyda yük maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var - FOTO

Goranboyda yük maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var - FOTO
  • Clock-gray 01:01
  • calendar-gray 18 Sentyabr 2019

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Bakı-Qazax magistralının Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla əlaqədar araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date