Goranboyda yük və minik maşınları toqquşub

Goranboyda yük və minik maşınları toqquşub
# 28 aprel 2022 13:28 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Meşəli kəndində qeydə alınıb. Hərəkətdə olan 3 yük maşını ilə bir minik maşını toqquşub. Qəza zamanı yük maşınların birinin sürücüsü, 1999-cu il təvəllüdlü Vurğun Nərimanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR