Göyçay sakini Bakıda tanışı tərəfindən bıçaqlanıb

Göyçay sakini Bakıda tanışı tərəfindən bıçaqlanıb
# 23 avqust 2019 00:18 (UTC +04:00)

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, R.Əliyev küçəsində Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həbibulla Eyvazov tanışı 1951-ci il təvəllüdlü Yadulla İsmayılovla mübahisə edib. Münaqişə zəminində bıçaq xəsarətləri alan H.Eyvazov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətmiş Y.İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR