Göyçay sakini bıçaqlanıb

Göyçay sakini bıçaqlanıb
# 15 iyun 2022 11:47 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çərəcə kənd sakini Habil Bəkirov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1970-ci il təvəllüdlü Habil Səmədova bıçaqla xəsarətlər yetirib. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR