Göyçay sakini dayısı oğlunu bıçaqlayıb

Göyçay sakini dayısı oğlunu bıçaqlayıb
# 29 mart 2023 05:33 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun APA-nin Şirvan bürosuna verdiyi məlumatında bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR