Göyçayda 29 yaşlı qadın fermada intihar edib - VİDEO

Göyçayda 29 yaşlı qadın fermada intihar edib - VİDEO
# 06 yanvar 2022 15:40 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Qaraməryəm kəndi ərazisində yerləşən mal-qaranın qışlaq yatağında qeydə alınıb.

İsmayıllı rayonunun Kürd Eldarbəyli kənd sakini 1992-ci il təvəllüdlü Məmmədov Sahil Rasim oğlu ailə üzvləri ilə birgə özünə məxsus qoyun sürüsünü Göyçay ərazisindəki qışlaq yatağına apararaq oradakı fermada məskunlaşıb. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Məmmədova Minəvvər Şamil qızı yaşadıqları fermada özünü kəndirlə asaraq intihar edib. Üç uşaq anası Minəvvər Məmmədovanın intiharının səbəbi hələlik bilinmir. Meyit müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Onun əvvəlcə böyrək çatışmazlığı səbəbindən öldüyü deyilsə də, araşdırma zamanı qadının intihar etdiyi məlum olub.

Minəvvər Məmmədova Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan İsmayıllıya gəlin gəlib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR