Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - YENİLƏNİB 1 - FOTO

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - YENİLƏNİB 1  - FOTO
# 16 avqust 2022 10:05 (UTC +04:00)

Göyçay rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 15-də axşam saatlarında Göyçay sakinləri şəhərin şimalındakı dağlıq ərazidə itmiş qoyunları axtararkən naməlum istiqamətdə qayadan dərəyə düşüblər. Qaranlıq vaxtı köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova adlı şəxslərin xilas olunması üçün FHN-nin "112" qaynar xətt mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb edilən xilasedicilər itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Xilasedicilər gecə saatlarında əvvəlcə çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən edib. Qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülüb. Onlar xilas olunaraq ailəsinə təhvil verilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

02:35

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.

Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.

Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.

Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.

Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.

Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.

***

15.08.2022

Saat 23:05

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR