Göyçayda 65 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Göyçayda 65 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
# 08 fevral 2023 17:18 (UTC +04:00)

Göyçayda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənlərindən yıxılaraq başından xəsarət alıb.

Xəstəxanaya çatdırılan 65 yaşlı kişi dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR