Göyçayda ağır yol qəzası olub, piyada ölüb

Göyçayda ağır yol qəzası olub, piyada ölüb
# 15 yanvar 2023 11:55 (UTC +04:00)

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR