Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb

Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb
# 20 mart 2023 12:22 (UTC +04:00)

Dünən saat 20:50 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR