Göyçayda avtomobilin vurduğu piyada xəsarət alıb

Göyçayda avtomobilin vurduğu piyada xəsarət alıb
  • Clock-gray 23:51
  • calendar-gray 19 Oktyabr 2019

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Natəvan küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili yolu keçən piyada - Tovuz rayon sakini, Bakının Qaraçuxur qəsəbəsində yaşayan 1955-ci il təvəllüdlü Əliyeva Ofeliya Nodim qızını vurub. Qadın ağır qapalı kəllə-beyin travması aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda Reanimasiya şöbəsində olan O.Əliyevanın vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin sözlərinə görə, hadisəni törədən sürücü Göyçayın Potu Şıxlı kəndində yaşayan İlkin adlı şəxsdir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin Təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date