Göyçayda ev yanıb - FOTO

Göyçayda ev yanıb  - FOTO
# 11 may 2022 20:34 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.

Alovun qarşısı alınıb, yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, evi yanan Orxan Ömərli 44 günlük Vətən Müharibəsində şəhid olan Kənan Ömərlinin qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR