Göyçayda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Göyçayda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 20 aprel 2022 09:42 (UTC +04:00)

Göyçayda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Göyçay rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, 22 noyabr 2021-ci ildə Göyçay rayonu Bəydövül kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə ) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR