Göyçayda iftar məclisində 10 nəfər zəhərlənib

Göyçayda iftar məclisində 10 nəfər zəhərlənib
# 19 aprel 2022 10:56 (UTC +04:00)

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.

APA-nın yerli bürosu xəbər verir ki, ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər.

Pomidordan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən APA-ya bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək" - deyə qeyd olunub.

TƏBİB-dən isə APA-ya verilən xəbərə görə, 19 aprel saat 00:49 da 10 nəfər (10 kişi) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR