Göyçayda iki avtomobil qəzası olub, 5 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB

Göyçayda iki avtomobil qəzası olub, 5 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB
# 17 avqust 2019 20:08 (UTC +04:00)

Göyçayda iki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firudin oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Rəfael Yusif oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

18:48

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüdə qeydə alınıb.

"VAZ 2107" və "Chevrolite" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə dəqiqə sonra həmin hadisə yerindən 100 metr aralıda iki "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər yaralanıb. Hər iki hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR