Göyçayda maşın aşıb, iki nəfər xəsarət alıb

Göyçayda maşın aşıb, iki nəfər xəsarət alıb
# 30 mart 2023 08:42 (UTC +04:00)

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, BMW markalı maşının aşması nəticəsində rayon sakini, 2001-ci il təvəllüdlü Cabbarova Səma Zaur qızı və digər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Səma Cabbarovanın vəziyyəti ağır qiymətləndirilir.

Digər şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR