Göyçayda narkotik dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub - FOTO

Göyçayda narkotik dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub - FOTO
# 30 mart 2023 10:59 (UTC +04:00)

Göyçay rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla zamanı 6 nəfər rayon sakini-Natiq Adıgözəlov, Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır Həsrətov, Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Adıgözəlov, Bağır Həsrətov və Ceyhun Bədəlovdan heroin, digər üç nəfərdən isə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR