Göyçayda qəza törədən sürücü əlil arabasında olan şəxsi vuraraq qaçıb - FOTO

Göyçay, yol qəzası

© APA | Göyçay, yol qəzası

# 26 yanvar 2022 14:50 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Sürətlə hərəkət edən naməlum avtomobil qarşı tərəfdən gələn "VAZ 2106" markalı minik avtomobilnə çırpılıb və yoldakı piyada keçidinin üstündə əlil arabası ilə hərəkət edən Aydın Maqsudovu vurub. Qəza törədən avtomobiln sürücüsü hadisə yerindən qaçıb. Xəsarət alan şəxs təcili tibbi yardım maşını Göyçay rayon Mərkəzi Xəstəxanaaına aparılıb. Qəzanı törədən sürücünün tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR