Göyçayda yanğın yol qəzasına səbəb olub, avtomobil yanıb - FOTO

Göyçayda  yanğın yol qəzasına səbəb olub,  avtomobil yanıb - FOTO
# 13 iyul 2022 18:17 (UTC +04:00)

Göyçay rayonunda yanğın yol qəzasına səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində Göyçay rayonunun Şıxbəy kəndindəki yolkənarı kol-kos ərazidə yanğın hadisəsi baş verib. Yanğın böyük ərazidə olduğu üçün yaranan tüstü qatı yolda olan nəqliyyat vasitələrinin hərəkətinə mane olub, avtomobil qəzası baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Vəliyev İlqar Mahmud oğlu 23-BL-148 dövlət nömrə nişanlı "AzSamand" markalı minik avtomobili ilə hərəkətdə olarkən tüstü səbəbindən yolu görməyib və qarşıdan gələn "QAZ 3110" markalı minik avtomobili ilə toqquşub.

"AzSamand" markalı minik avtomobili zərbənin təsirindən yoldan çıxaraq yanğın baş verən kol-koslu əraziyə düşüb. Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri xəsarət alan sürücü İlqar Vəliyevə tibbi yardım göstəriblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR