Göyçayda yaşayış evi yanıb

Göyçayda yaşayış evi yanıb
# 02 yanvar 2022 17:48 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evində yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qasımov Nahid Kamal oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yanıb, iki otağı alovdan mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR