Göyçayda yeniyetmənin ərə verilməsinin qarşısı alınıb - YENİLƏNİB

Göyçayda yeniyetmənin ərə verilməsinin qarşısı alınıb - YENİLƏNİB
# 04 noyabr 2022 17:21 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda erkən nikaha hazırlıq görülməsi ilə bağlı yayılan məlumatları araşdırıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb.

Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon Polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.

***

13.40

Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.

APA xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb və rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR