Göyçayda yol qəzasında 3 nəfər xəsarət alıb

Göyçayda yol qəzasında 3 nəfər xəsarət alıb
# 22 iyul 2022 13:38 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Kürdəmiş kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolun kənarında dayanmış traktora çırpılıb.

Nəticədə “VAZ 2106”-nın sürücüsü V. Səmədov və sərnişinləri, Çaxırlı kənd sakinləri - 1969-cu il təvəllüdlü Sənan Səlimov və 1977-ci il təvəllüdlü Elşad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR