Göyçayın sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub - VİDEO

Göyçayın sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub - VİDEO
# 07 fevral 2023 09:42 (UTC +04:00)

Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.

Vahid İ sayev eyni məcəllənin 312.2 rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məvəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb.

Ötən gün Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova da hökm oxunub.

Rəşad Şükürov da rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib, lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yumşaldıcı halları nəzərə alaraq ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR