Göyçayın sabiq icra başçısının köməkçisinin istintaqı başa çatıb

Vahid İsayev

© APA | Vahid İsayev

# 15 iyul 2022 09:00 (UTC +04:00)

Göyçay Rayon İcra Hakimiyyəti başçısının sabiq köməkçisi Vahid İsayevin cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Vahid İsayev dələduzluqda və rüşvət verməyə təhrik etmə maddəsi ilə şübhəli bilinib. O, hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayında saxlanılıb.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib. Vahid İsayev də Mehdi Səlimzadənin köməkçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR