Göygöl rayonunda göldə 1 nəfər batıb - YENİLƏNİB

Göygöl rayonunda göldə 1 nəfər batıb  - YENİLƏNİB
# 17 avqust 2022 19:43 (UTC +04:00)

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb.

FHN-dən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində Daşkəsən rayon sakini 1997-ci il təvəllüdlü Ramin Mustafayevin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR